Bakının Həsən Seyidbəyli küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Məhdudiyyət səbəbindən 6, 10, 18, 31, 37, 39, 53, 77 və 205 saylı marşrutların hərəkəti Azərbaycan prospekti – Şəmsi Bədəlbəyli küçəsi – Füzuli küçəsi – Abdulla Şaiq küçəsi – Nəriman Nərimanov prospekti – Mikayıl Müşfiq küçəsi ilə təşkil edilib.
Eyni zamanda 6, 10, 31, 37, 77 və 205 saylı marşrutların “İçərişəhər” metrostansiyası istiqamətində hərəkəti Parlament prospekti ilə təşkil olunub.