19:52
26 Sentyabr 2020

Koronavirusun yeni simptomu bəlli oldu: İflicə səbəb olur!

Əvvəlcə yalnız ağciyərlərimizə təsir etdiyi bilinən koronavirus hər gün bədənimizdəki digər simptomlarla özünü göstərir. Bunlardan biri də virusun ağır iflic yarada biləcəyi qan laxtalanmasına səbəb olmasıdır.

Lent.az Türkiyə KİV-ə istinadən məlumat verir ki, koronavirusun protrombotik bir vəziyyəti var, bu da qanın qalınlaşma və ya yapışqan olmağa meyli deməkdir.

Bu vəziyyət beyinə gedən qan damarlarını tıxayar və beynin müəyyən bir hissəsinə qan axını kəsilərək iflic simptomlarını ortaya çıxara bilər.

Çinin Uhan şəhərində ortaya çıxan koronavirusa (COVID - 19) qarşı mübarizə səngimədən davam edir. Bu qlobal epidemiyaya qarşı peyvənd işləri davam edərkən, virus insanlar üzərində fərqli təsirlər göstərir. Bunlardan biri epidemiyanın nevroloji təsirləri nəticəsində görülən iflicdir.

45 yaşdan kiçiklər daha çox təsirlənirlər

Koronavirusun ağciyər infeksiyası hesab olunmasına baxmayaraq ağır iflicə səbəb ola biləcək qan laxtalanmasına gətirib çıxardığını bildirən nevrologiya mütəxəssisləri qeyd edirlər ki, bu laxtalanmalar ağ ciyərlərə gedə bilər və ağciyər emboliyası adlanan ağciyərlərə qan axını maneə ola bilər. Əvvəllər yaşanan qrip və herpes kimi virusların da infarkt və beyin iflici ilə əlaqəli olduğu bildirilir. Bu vəziyyət, hər hansı bir xəstədə yaşından asılı olmayaraq, hətta simptomlar olmadan da baş verə bilər. Son 6 ayda aparılan araşdırmalar, koronavirus səbəbi ilə ifliclərin 45 yaşdan aşağı gənc xəstələrdə daha çox olduğunu göstərir.

İlk 4 saat yarım çox vacibdir

Nəzarətsiz qan təzyiqi, zərərli pəhriz, şəkərli diabet, siqaret çəkmə, yüksək xolesterol, oturaq həyat tərzi bu vəziyyətin ortaya çıxmasında ən böyük risk faktorları arasındadır. Ancaq unutmamalıyıq ki, insultun 80% qarşısını alır. İlk 4 saat yarım çox vacibdir. Çünki müalicədəki hər ikinci gecikmə 30 min beyin hüceyrəsinin ölümünə səbəb ola bilər.

Simptomlar isə üzün müəyyən hissələrində meydana gələn problemlər, qollarda uyuşma, danışma pozuqluğu kimi göstərilə bilər. Eyni zamanda, mövsümə görə qrip xəstələrinin olma ehtimalı yüksəkdir. Bəzən dərman və həblərlə keçirdiyimiz bu vəziyyət təhlükəli ola bilər. Şiddətli qrip infeksiyası və müalicə olunmayan insanlar beyin iltihabı ilə nəticələnə bilərlər.

Dİgər xəbərlər