Bakıda binanın blokundan velosiped oğurlanıb.
Lent.az xəbər verir ki, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsində qeydə alınıb.
Naməlum şəxs çoxmərtəbəli binanın 8-ci mərtəbəsinin dəhlizində olan velosipedi oğurlayıb. Onun bu əməli blokdakı kameraya həkk olunub.
Məlumata görə, hadisənin baş verdiyi binanın girişinə xüsusi nəzarət var. Blokların qapısı isə damafonla təchiz olunub.