“Vivo Watch” gəlir: Xüsusi özəllikləri nələr olacaq?
08 sentyabr 2020 18:12 (UTC +04:00)

“Vivo Watch” gəlir: Xüsusi özəllikləri nələr olacaq?

Son günlər Vivo Lite X50 adlı telefonu ilə Türkiyə bazarında iştirak edən Vivonun ilk ağıllı saatı “Vivo Watch üzərində çalışdığı ortaya çıxdı. Bəs bu saat hansı xüsusiyyətlərə sahib olacaq?

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Çində fəaliyyət göstərən Rəqəmsal Söhbət Stansiyasının hesabatına görə, Vivo iki fərqli ölçüdə saatlar hazırlayacaq. Biri 42 və ya 43 mm, digəri 46 metr olacaq.

Rəngli OLED ekran texnologiyasından istifadə etməsi gözlənilən məhsul, NFC modulu ilə təmassız ödənişlər də edə biləcək. Cihaz ürək döyüntülərini və qandakı oksigenin səviyyəsini də ölçə bilər.

Vivo Watch-un hansı mobil əməliyyat sistemindən istifadə edəcəyi hələ dəqiq deyil, bu da yuxu və aktivliyi izləməyə imkan verir. Bununla birlikdə məhsulun qlobal bazarda "Google"nin Wear OS əməliyyat sistemini istifadə edəcəyi ehtimalı yüksək görünür.

# 2038
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar