Çəkisi 1 tondan çox olan "Ronaldo" satıldı
20 iyul 2020 11:07 (UTC +04:00)

Çəkisi 1 tondan çox olan "Ronaldo" satıldı

Türkiyənin İzmir şəhərində 27 min lirəyə (təxminən 6693 manat) “Ronaldo” adlı buğa satılıb.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, şəhərin Qaziəmir qəsəbəsindəki bazarda Qurban bayramı üçün Adanadan gətirilən “Ronaldo” adlı 1.2 tonluq buğa həm böyüklüyü, həm də görünüşü ilə diqqəti cəlb edib.

Sahibkar Ramazan Dağgül isə buğanı satmaq fikrində olmadıqlarını, lakin imkansızlıqdan buna məcbur qaldıqlarını bildirib: “Ronaldoya övladımız kimi baxdıq. Ancaq arpa və yonca ilə bəsləmişik. Özümüz yemədik-içmədik onu yedizdirdik. Təxminən 2.5 ildir bizimlə yaşayır. 1.2 tonluq buğamızı 27 min lirə (təxminən 6693 manat) satdıq. Satmaq fikrimiz yox idi, ancaq maddi imkansızlıqdan buna məcbur olduq”,

# 11008
avatar

Mehman Nəbiyev

Oxşar yazılar