Bu il Azərbaycanda 4 vulkan püskürüb
10 iyul 2020 15:18 (UTC +04:00)

Bu il Azərbaycanda 4 vulkan püskürüb

“Bu il üçün Azərbaycanda 6 vulkanın püskürməsi proqnozlaşdırılmışdı, onlardan 4-ü püskürüb”.  

Bunu APA-ya açıqlamasında AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib. O bildirib ki, iki vulkanın püskürməsi barədə hələ ki məlumat yoxdur: “Karantinlə əlaqədar hazırda işləmirik. Qobustanda  vulkan çoxdur. Ola bilsin ki, orada püskürmə baş verib. Ola bilməz ki, ilin əvvəlindən  püskürmə olmasın. Amma hansı vulkanlardır, haradadır, haqqında məlumatımız yoxdur. Biz adətən yayda ekspedisiya təşkil edirik. Yaşayış məntəqələrindən uzaqda olduğuna görə, məlumatımız olmayan bəzi vulkanlar  barədə ekspedisiya zamanı məlumat əldə edirik. Bu il pandemiya ilə bağlı ekspedisiya qalıb. Əhali tərəfindən də vulkan püskürməsi ilə bağlı məlumat daxil olmayıb. Karantin bitdiyi halda ekspedisiya təşkil olunacaq”. 

# 1183
avatar

Oxşar yazılar