Boya zavodunda yanğında FHN-in 4 əməkdaşı xəsarət aldı - RƏSMİ
04 iyul 2020 23:50 (UTC +04:00)

Boya zavodunda yanğında FHN-in 4 əməkdaşı xəsarət aldı - RƏSMİ


Binəqədi rayonunda baş verən yanğın hadisəsi ilə əlaqədar Təcili Tibbi Yardım (TTY) stansiyasına çağırış 20:18-də daxil olub. 

Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, hadisə yerinə 3 TTY briqadası cəlb olunub. 

Hadisə nəticəsində Fövqəladə Hallar Nazirliyinin xəsarət alan 4 əməkdaşı TTY briqadasına müraciət edib. Onlardan bir nəfəri başın travması ilə 3 saylı şəhər xəstəxanasına, 3-ü isə Toksikologiya Mərkəzinə aparılıb.

# 4768
avatar

Oxşar yazılar