08:20
24 Aprel 2020

SOS: bu qitədə malyariyadan ölənlərin sayı ikiqat arta bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrikanın Sub-Sahara hissəsində malyariya nəticəsində ölənlərin sayının bu il 769 minə qədər arta biləcəyini açıqlayıb.

APA-nın Reuters-ə istinadən verdiyi xəbərə görə, təşkilat buna səbəb kimi pandemiya ilə əlaqədar malyariyaya qarşı həyata keçirilən tədbirlərin təxirə salınmasını göstərib.

Afrikanın sözügedən ərazisində 25 mindən çox koronavirusa yoluxma, 1200-dən çox ölüm halının qeydə alındığı bildirilib.

ÜST-nin Afrika üzrə regional direktoru Matşidiso Moeti bütün ölkələri malyariyanın qarşısının alınması istiqamətində işlərinin davam etdirilməsini təmin etməyə çağırıb. Qeyd edib ki, əks təqdirdə ölüm sayı 2018-ci ilə nisbətən iki dəfə artacaq.

Xatırladaq ki, 2018-ci ildə Afrikanın bu bölgəsində malyariya xəstəliyi 360 min insanın ölümünə səbəb olub.

Dİgər xəbərlər