11:30
09 Aprel 2020

Koronavirus pulla yayılırmı? - RƏSMİ CAVAB


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun (COVID-19) əsginaslar vasitəsilə yayılması ilə bağlı bir sıra mediada yayılan məlumatları təkzib edib.

ÜST-dən "APA-Economics"ə verilən məlumata görə, əsginaslar vasitəsilə bu virusa yoluxma riskinin artmasının elmi sübutu yoxdur.

"ÜST heç vaxt nağd pulun COVID-19-u yaya biləcəyini açıqlamayıb. Bununla bağlı rəsmi açıqlama verməmişik", - deyə ÜST-ün mətbuat katibi Fadela Çeyb bildirib.

Koronavirusun yayılması ilə əlaqədar müəyyən bir təhlükə hər gün yüzlərlə insanın xidmətlərindən istifadə edən bankomatlar ola bilər. Onlar ekranlara toxunurlar, klaviaturada PİN kodu daxil edirlər. Bununla yanaşı, bank avadanlıqlarına texniki xidmət göstərən şirkətlərin nümayəndələri iddia edirlər ki, kredit təşkilatları infeksiya riskini azaltmaq üçün bankomatları dezinfeksiya etmək məqsədilə effektiv vasitələrdən istifadə edirlər.

"Banklar üçün karantin dövründə bankomatlara xidmət göstərmək məqsədilə tövsiyələr hazırlamışıq. Özünəxidmət qurğularına texniki dəstək verən mütəxəssislərimiz bütün lazımi fərdi qoruyucu vasitələrlə təchiz olunub. Əlavə olaraq bütün terminal səthlərini xüsusi dezinfeksiyaedici maddələrlə yuyulur ki, bu da bankomatlar vasitəsilə COVID-19 virusuna yoluxma riskini minimuma endirir", - deyə Azərbaycan da daxil olmaqla 13 ölkədə fəaliyyət göstərən BS/2 şirkətinin baş direktorunun müavini Tomas Auqutsyaviçus bildirib.

Dİgər xəbərlər