
Bakıda cibgir tutldu

Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi və Nizami RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 2-də Bakı şəhər sakini bir qadının cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər Cinayət Məcəlləsionin müxtəlif maddələri ilə 6 dəfə məhkum olunmuş Rövşən İsmayılov saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun paytaxt sakini Rəvan Rzayevin mobil telefonunu və daha bir qadının pul kisəsini oğurlaması da müəyyən edilib.
Faktlarla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Rövşən İsmayılov paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

Oxşar yazılar

Xırdalandakı partlayışla bağlı rəsmi MƏLUMAT
25 yanvar 2021 , 19:25
Xırdalanda ev partladı: dağıntı altında qalanlar var - VİDEO
25 yanvar 2021 , 19:05
Azərbaycanlı dənizçinin öldürülməsi ilə bağlı cinayət işi açıldı
25 yanvar 2021 , 18:02
Azərbaycanda məmurlardan edilən şikayətlərin SAYI
25 yanvar 2021 , 15:55
30 prokuror məsuliyyətə cəlb olunub
25 yanvar 2021 , 15:46
30 cinayətkar Azərbaycana gətirilib
25 yanvar 2021 , 15:21
Karantində saxta arayış verənlərin sayı BİLİNDİ
25 yanvar 2021 , 14:40
Həbs olunan xəstəxana direktorunun əməlləri AÇIQLANDI
25 yanvar 2021 , 14:04