Xızıda küçəyə çıxan yaşlılara xəbərdarlıq edilib - FOTOLENT
29 mart 2020 10:12 (UTC +04:00)

Xızıda küçəyə çıxan yaşlılara xəbərdarlıq edilib - FOTOLENT

Xızı polisi karantin rejiminə nəzarəti davam etdirir.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması və koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirlər və tətbiq olunan qaydalar barədə əhaliyə məlumat verirlər.

Bundan əlavə şöbə əməkdaşları qəbul edilən xüsusi karantin rejiminə əməl etməyən, yaşı 65-dən yuxarı olan şəxslərə respublikamızda həyata keçirilən bütün tədbirlərin sakinlərin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət etdiyini bildiriblər. Vətəndaşlara bu müddət ərzində özlərinin və yaxınlarının sağlamlıqları üçün evdə qalmalarının vacibliyini qeyd edən polislər, həmin şəxslərin yaşadıqları ünvanlara qaytarılmasını təmin edirlər.

# 444
avatar

Mehman Nəbiyev

Oxşar yazılar