İtaliya A seriyasında çempion olmayacaq
28 mart 2020 13:06 (UTC +04:00)

İtaliya A seriyasında çempion olmayacaq


İtaliya A seriyasının koronavirus pandemiyası üzündən yarımçıq dayandırılan 2019/20 mövsümünün bərpa etdirilməməsi planlaşdırılır.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, təşkilatçılar çempionatı vaxtından əvvəl başa çatdırmaq niyyətindədir.

Plana əsasən, çempion və mükafatçılar müəyyənləşməyəcək. Hərçənd bir müddət əvvələdək yarışın bərpası nəzərdə tutulmuşdu. Amma pandemiyanın yayılması məşqlərin yaxın müddətdə bərpasına imkan vermədiyi üçün belə addım atılacaq.

Qeyd edək ki, İtaliyada koronavirusa yoluxanların sayı 80 mini keçib.

# 504
avatar

Oxşar yazılar