Narkotik çəkən pilot  qəzadan son anda qurtuldu
12 avqust 2026 16:59 (UTC +04:00)

Narkotik çəkən pilot qəzadan son anda qurtuldu

0

“Air India” aviaşirkətinə məxsus təyyarə Fuketdən Yeni Dehliyə uçuş zamanı qəza təhlükəsi yaranıb. Buna səbəb təyyarə kapitanının narkotik maddənin təsiri altında olması olub.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə avqustun 4-də baş verib.

Uçuş zamanı kapitan qəfil təyyarəni idarə etməyi dayandırıb. Şahidlərin sözlərinə görə, o, özünə nəzarəti itirib və təcili yardıma ehtiyac duyub. Kabin heyəti ona kömək göstərib. Bu zaman təyyarə kəskin enməyə başlayıb.

Hadisə nəticəsində 20 sərnişin və 4 ekipaj üzvü xəsarət alıb. Təyyarə yerə endikdən sonra 17 nəfər xəstəxanaya yerləşdirilib.

İlkin olaraq aviaşirkət rəhbərliyi hadisənin əsl səbəbini gizlətməyə çalışıb və təyyarənin turbulentlik zonasına düşdüyünü bildirib. Lakin araşdırma zamanı təyyarə komandirinin marixuana istifadə etdiyi müəyyən edilib. Aparılan test onun orqanizmində narkotik maddənin olduğunu təsdiqləyib.

Qəzanın qarşısını ikinci pilot alıb. O, idarəetməni öz üzərinə götürərək təyyarəni təhlükəsiz şəkildə təyinat məntəqəsinə endirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 210

Oxşar yazılar