Məşhur aktyor həyatına son qoymaq  istədi - Boşanmaya görə...
11 avqust 2026 20:34 (UTC +04:00)

Məşhur aktyor həyatına son qoymaq istədi - Boşanmaya görə...

0

62 yaşlı Hollivud ulduzu Bred Pitt şəxsi həyatı ilə bağlı səmimi etiraflar edib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, aktyor keçmiş həyat yoldaşı Ancelina Coli ilə uzun illər davam edən münaqişənin və övladları ilə münasibətlərində yaranan uzaqlığın ona ciddi emosional təsir göstərdiyini bildirib.

Pitt həmin dövrdə özünü çıxılmaz vəziyyətdə hiss etdiyini və həyatına son vermək barədə düşüncələrin ağlından keçdiyini etiraf edib. Pitt yaşadığı dövrün həyatının ən ağır mərhələlərindən biri olduğunu deyib.

Müsahibədə aktyor alkoqolla bağlı da diqqətçəkən etiraf edib. O, yeddi il tamamilə içkidən uzaq qaldıqdan sonra indi yenidən az miqdarda alkoqol qəbul etdiyini söyləyib. Pittin vaxtilə alkoqoldan uzaqlaşmasında aktyor Bredli Kuperin də ona dəstək olduğu qeyd olunur.

Şəxsi həyatındakı çətinliklərə baxmayaraq, Bred Pitt kino fəaliyyətini davam etdirir. Aktyor hazırda dizayner İnes de Ramonla münasibətdədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 36

Oxşar yazılar