989
12:25
11 Mart 2020

Azərbaycanda 3 bacı yol qəzasında yaralandı - YENİLƏNİB

Hacıqabulda baş verən yol qəzasında yaralanan şəxslərin adları məlum olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat bu gün saat 9.00 radələrində Bakı-Qazax yolunun Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. BMW markalı avtomobilin təkərinin partlaması nəticəsində maşın yoldan çıxaraq aşıb. Avtomobil aşan zaman yol kənarında dayanan piyadanı da vurub.

Qəza nəticəsində Bakı sakinləri olan 3 bacı - 57 yaşlı Orucova Gülcahan Əhəd qızı, 65 yaşlı Ağayeva Şirin Əhəd qızı və 59 yaşlı Vahidova Həqiqət Əhəd qızı və piyada, Şirvan sakini, Bahadur Sərvər oğlu Sərvərov müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

***

saat 09:17

Hacıqabulda avtomobil yoldan çıxaraq aşıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 9.00 radələrində Bakı-Qazax yolunun Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

BMW markalı avtomobil təkərinin partlaması nəticəsində yoldan çıxıb və bir neçə dəfə aşıb. Avtomobil aşan zaman yol kənarında dayanan piyadanı da vurub. Nəticədə avtomobildə olan 3 nəfər və piyada müxtəlif dərəcəli xəsarətlərlə Şirvan və Hacıqabul xəstəxanalarına aparılıb.

Faktla bağlı araşdırma aparılır.