752
09:32
15 Fevral 2020

"Mercedes"in salonu alışıb yandı

Zaqatalada avtomobil yanıb.

Lent.az Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, rayonun Aşağı Tala kəndində "Mercedes" markalı minik avtomobilinin salonu yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.