Polis yolda qalan sürücülərə belə kömək etdi - FOTO
11 fevral 2020 09:38 (UTC +04:00)

Polis yolda qalan sürücülərə belə kömək etdi - FOTO

Respublikanın bir çox bölgələrində olduğu kimi Astara rayonuna da güclü qar yağıb. Qarın yağışı isə ilk növbədə yollarda hərəkətin axınına öz təsirini göstərir. Bu cür hava şəraitində Dövlət Yol Polisi əməkdaşları həm sürücülərin həm piyadaların köməyinə çatıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları istər yolda qalan avtomobillərin hərəkətini davam etdirməsinə, istər sürüşkən yolları keçməkdə çətinlik çəkən piyadalara köməklik göstəriblər. Bununla yanaşı polis əməkdaşları yolların təmizlənməsi, qum və duz səpilməsinin təşkili prosesində də fəallıq nümayiş etdiriblər. Gün ərzində hərəkətin axını tənzimlənərək xüsusilə yolayrıclarında nəqliyyatın hərəkətində sıxlıq yaranmasının qarşısı alınıb. Eyni zamanda yol polisi əməkdaşları qış təkərləri olmayan və texniki cəhətdən bu cür hava şəraitinə hazır olmayan nəqliyyat vasitələrinin sahiblərinə də qarlı-buzlu havada yola çıxmamağı tövsiyyə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1034

Oxşar yazılar