Futbolçular hakimi yerə yıxıb  vəhşicəsinə döydülər - VİDEO
23 sentyabr 2026 13:51 (UTC +04:00)

Futbolçular hakimi yerə yıxıb vəhşicəsinə döydülər - VİDEO

0

Türkiyənin Bayburt şəhərində kəndlərarası futbol turniri çərçivəsində keçirilən həvəskar oyunda qalmaqallı hadisə yaşanıb. Qarşılaşma zamanı gərginlik artdıqdan sonra futbolçular oyunun hakiminə fiziki hücum ediblər.

Lent.az yerli mediaya istinadla bildirir ki, oyunun başa çatmasından sonra meydanın ortasında qarışıqlıq yaranıb. Arxadan qaçaraq hakimə müdaxilə edən futbolçulardan biri onun müvazinətini itirib yerə yıxılmasına səbəb olub.

Bundan sonra bir neçə futbolçu yerdə qalan hakimi təpiklə vurmağa başlayıb. Tribunadakı azarkeşlərin və meydanda olan digər şəxslərin futbolçuları dayandırmağa çalışdığı görüntülərə düşüb.

Hadisə ətrafdakı şəxslərin mobil telefon kameraları ilə qeydə alınıb. Görüntülərin sosial şəbəkələrdə yayılması böyük narazılıq doğurub.

İctimaiyyət və futbolsevərlər hakimə hücum edən futbolçuların sərt şəkildə cəzalandırılmasını tələb ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 198

Oxşar yazılar