11:19
05 Fevral 2020

Azərbaycanda şirkətdən külli miqdarda oğurluq edildi

Kürdəmirdə şirkətədən 20 min manatdan çox oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, Kürdəmir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 3-də rayon ərazisindəki məhdud məsuliyyətli cəmiyyətlərdən birinə məxsus əkin sahəsindən suvarma sistemlərinin 20 min manat dəyərində 2 ədəd mühərrikini, 63 ədəd çiləyicisini və 69 metr mis naqilini oğurlamaqda şübhəli bilinənlər - Kürdəmir rayon sakinləri Ə.Mürsəlov, E.İbrahimov və bir yeniyetmə saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Dİgər xəbərlər