Berlində II Dünya Müharibəsi dövrünə aid bomba aşkarlanıb
22 yanvar 2020 08:29 (UTC +04:00)

Berlində II Dünya Müharibəsi dövrünə aid bomba aşkarlanıb

 

Berlinin mərkəzində aşkarlanan İkinci Dünya Müharibəsi dövründən qalma bomba zərərsizləşdirilib.

APA xəbər verir ki, bu barədə şəhər polisi öz “Twitter” səhifəsində məlumat yayıb.

“İkinci Dünya Müharibəsi dövrünə aid bomba zərərsizləşdirildi. Ərazi tezliklə boşaldılacaq”, - məlumatda belə deyilir.

Bildirilir ki, mərmi Berlin Senatının yerləşdiyi binanın yaxınlığındakı tikinti sahəsində aşkar olunub. Bombanın olduğu yerdən 500 metr radiusda olan bütün insanlar təxliyyə edilib.

# 910
avatar

Oxşar yazılar