Gürcüstan vətəndaşının gətirdiyi "Nemiroff"lar gömrükdə saxlanıldı
14 yanvar 2020 10:38 (UTC +04:00)

Gürcüstan vətəndaşının gətirdiyi "Nemiroff"lar gömrükdə saxlanıldı

Ölkəyə qanunsuz spirtli içki keçirmək cəhdinin qarşısı alınıb.

Lent.az Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedes Benz" markalı avtomobil ilə gələn həmin ölkə vətəndaşı saxlanılıb.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Lakin yoxlama zamanı nəqliyyat vasitəsinin arxa oturacaqlarında olan gizli saxlanc yerlərindən "Nemiroff" markalı 25 ədəd 1 litrlik spirtli içki aşkarlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1185

Oxşar yazılar