Çində indiyədək qaçan, boks edən və rəqs edən humanoid robotların gələcəkdə hərbi məqsədlərlə istifadəsi üzərində iş aparılır.
Lent.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Çində humanoid robot sənayesi sürətlə inkişaf edir. İstehsalçılar robotların yalnız zavod və xidmət sektorunda deyil, mürəkkəb və təhlükəli şəraitdə də işləyə bilməsi üçün texnologiyalar hazırlayırlar.
Reuters-in araşdırmasına görə, Çin şirkətləri və dövlət qurumları humanoid sistemlərin kəşfiyyat, logistika və digər hərbi tapşırıqlarda potensial istifadəsini sınaqdan keçirirlər.