1912
13:40
11 Yanvar 2020

Boşandı, keçmiş həyat yoldaşından oğurluq etdi

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən Gədəbəy rayon sakini Yaqub Tağıyev naməlum şəxs və ya şəxslərin ona məxsus fermadan ümumi dəyəri 4900 manat olan, 5 baş iri buynuzlu mal-qarasını oğurladığını bildirib. Lent.az -ın məlumatına görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, Yaqub Tağıyevə məxsus 5 baş heyvanı onun keçmiş həyat yoldaşı Xəyalə İsmayılova oğurlayıb. O, şöbəyə dəvət olunaraq profilaktiki söhbət aparılıb və oğurladığı heyvanların yeri müəyyən edilərək, sahibinə qaytarılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Dİgər xəbərlər