Ölkədə nə qədər işsiz var? - RƏSMİ CAVAB
18 dekabr 2019 10:19 (UTC +04:00)

Ölkədə nə qədər işsiz var? - RƏSMİ CAVAB

2019-cu il dekabr ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 79,7 min nəfər olub.

Bu barədə Lent.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, onların 36,3 faizini qadınlar təşkil etib.

İşsizlikdən sığorta ödənişinin orta məbləği 278,6 manat olub.

Eyni zamanda dekabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5194,7 min nəfər olub, onlardan 4942,7 min nəfərini məşğul əhali təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1305

Oxşar yazılar