100-ə yaxın adam Gürcüstandan deportasiya olundu:  azərbaycanlılar da var - VİDEO
02 sentyabr 2026 13:14 (UTC +04:00)

100-ə yaxın adam Gürcüstandan deportasiya olundu: azərbaycanlılar da var - VİDEO

0

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları nazirliyin müvafiq bölmələri ilə sıx koordinasiya şəraitində son günlər ərzində 93 xarici ölkə vətəndaşını Gürcüstandan deportasiya ediblər.

Lent.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Miqrasiya Departamentinin keçirdiyi kompleks tədbirlər nəticəsində Hindistan, İordaniya, Rusiya, Kuba, Türkmənistan, Azərbaycan, İraq, Türkiyə, Kamerun, Nigeriya, Banqladeş, Benin, Efiopiya, Misir, Yamayka, Sudan, Əlcəzair və digər ölkələrin ümumilikdə 93 vətəndaşı ölkədən çıxarılıb.

Qüvvədə olan qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin Gürcüstana yenidən girişinə qadağa qoyulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 86

Oxşar yazılar