Türkiyə prezidenti Cenevrədən Mlayziyaya yola düşüb
18 dekabr 2019 03:53 (UTC +04:00)

Türkiyə prezidenti Cenevrədən Mlayziyaya yola düşüb

 

 

Cenevrədə Birinci Qlobal Qaçqınlar Forumunda iştirakı başa çatan Türkiyə Przeidenti Rəcəb Tayyib Ərdoğan oradan birbaşa Malayziyaya yola düşüb.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, Ərdoğan Malayziya Baş naziri Mahathir Muhammədin dəvətilə Kuala Lumpur Zirvəsində iştirak edəcək. 

Xanımı Əminə Ərdoğanla Malayziyaya yola düşən prezidenti bu səfərdə Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Maliyyə naziri Berat Albayrak, Daxili İşlər naziri Süleyman Soylu, Müdafiə naziri Hulusi Akar, Sənaye və Texnologiya naziri Mustafa Varank müşaiyət ediblər.

# 695
avatar

Oxşar yazılar