"3-cü mikrorayon dairəsi" istiqamətində hərəkət tam məhdudlaşdı - RƏSMİ
14 dekabr 2019 18:18 (UTC +04:00)

"3-cü mikrorayon dairəsi" istiqamətində hərəkət tam məhdudlaşdı - RƏSMİ

"Bir qədər əvvəl Nəsimi rayonu "3-cü mikrorayon bazarı" yaxınlığında baş verən yanğınla əlaqədar hazırda 3-cü mikrorayon dairəsindən Ziya Bünyadov prospekti istiqamətində və Ceyhun Səlimov küçəsində, eyni zamanda 20 yanvar dairəsindən 3-cü mikrorayon dairəsi istiqamətində hərəkət tam məhdudlaşdırılıb".

Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Bununla yanaşı hazırda dairədəki körpünün üzərində Ziya Bünyadov istiqamətində tıxac müşahidə olunur: "Sürücülərdən zərurət olmadığı halda qeyd edilən istiqamətdə hərəkət etməmələrini xahiş edirik. Məhdudiyyətlə əlaqədar həmin istiqamətdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət istiqaməti də dəyişdirilib. Avtobuslar digər nəqliyyat vasitələrinin yönləndirildiyi küçələrdən keçməklə hərəkət edir". 

# 2001
avatar

Oxşar yazılar