372
11:19
02 Dekabr 2019

İki gündə yollarda 9 nəfər öldü

Noyabr ayının 30-dan dekabr ayının 2-dək daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələr haqqında statistika açıqlanıb.

Lent.az -a Daxili İşlər Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları şənbə və bazar günləri törədilən 34 cinayətin üstünü “isti izlər”lə açıblar.

Əvvəlki dövrlərdən bağlı qalmış 19 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 9 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.