
Bakı-Quba yolunda DƏHŞƏTLİ qəza - Bir ailədən 3 ölü - YENİLƏNİB
Bakı-Quba yolunda baş verən yol qəzasında ölən şəxslər bir ailənin üzvləridir.
APA-nın yerli bürosunun məlumata görə, qəza nəticəsində minik avtomobilində olanlar - 53 yaşlı Allahverdiyeva Lalə Məmməd qızı, onun oğlu, 31 yaşlı Allahverdiyev Taleh Hümbət oğlu və gəlini, Nazilə Allahverdiyeva aldıqları xəsarətdən hadisə yerindəcə keçiniblər.
***
11:44
Bakı-Quba yolunda ağır yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Quba yolunun 52-ci kilometrliyində qeydə alınıb. İkisi yük, biri minik avtomobili olmaqla üç avtomobil toqquşub. Qəza nəticəsində minik avtomobili yük maşınlarının arasında qalıb. Nəticədə minik maşınında olan 3 nəfər hadisə yerindəcə keçinib.
***
11:38
Bakı-Quba yolunda ağır yol qəzası baş verib.
APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə Bakı-Quba yolunun Xızı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

İsmayıllıda zəlzələ oldu
12 iyul 2025 , 08:42
İctimai fəal Anar Abdullayev həbs edildi
12 iyul 2025 , 01:42
Şirvanda 23 yaşlı gənci bıçaqladılar
11 iyul 2025 , 21:25
Ermənilərin əsir və girov saxladığı şəxslər ifadə verdi - MƏHKƏMƏ
11 iyul 2025 , 21:18
Cadugərlikdə ittiham edib qonşusunu vəhşicəsinə öldürdü
11 iyul 2025 , 19:59
Bakıda kişi kirayə yaşadığı evdə ÖLÜ TAPILDI
11 iyul 2025 , 19:33
Goranboyda iynədən şoka düşən qadın öldü - YENİLƏNİB
11 iyul 2025 , 17:48
Qabil Məmmədovun məhkəməsi başladı
11 iyul 2025 , 17:45