Hollandiya adından imtina edildi: narkotikə görə
06 oktyabr 2019 10:40 (UTC +04:00)

Hollandiya adından imtina edildi: narkotikə görə

Niderland hökuməti Hollandiya adından imtina etmək barədə qərar verib.

APA-nın “Adformatie” portalına istinadən verdiyi məlumata görə, hökumət ölkənin obrazını yeniləmək üçün belə bir qərara gəlib.

Hökumət hesab edir ki, Hollandiya adı turistlərdə narkotik və Amstredamın Qırmızı fənər məhəlləsi kimi assosiasiya olunur. Ölkənin yeni imici Niderland adı ətrafında formalaşdırılacaq. Niderland adı beynəlxalq tədbirlərdə, o cümlədən Avrovision-2020 Mahnı Müsabiqəsində təbliğ olunacaq. Ölkənin futbol üzrə yığma komandası da Hollandiya adından imtina edəcək. Rebrendinq Niderlandı 2020-ci ildə Tokioda keçiriləcək olimpiyada oyunlarında təmsil edəcək idmançılara da şamil olunacaq.

# 924
avatar

Oxşar yazılar