Zaqatalada baş verən qəzada xəsarət alan 3 nəfərin şəxsiyyəti məlum olub.
Lent.az APA-ya istinadla bildirir ki, qəza zamanı xəsarət alanlar rayonun Muxax kənd sakinləridir.
Hadisə nəticəsində "VAZ 2107"nin sürücüsü 39 yaşlı Abdulla Musa oğlu Yusubov, onun sərnişinləri - 29 yaşlı Aytac İsmayıl qızı Səfərova və 26 yaşlı Aygül Şahin qızı Hacıömərov xəsarət alıb.
***
16:41
Zaqatala rayonunun Muxax kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 nəfər (2 qadın, 1 kişi) avqustun 20-də saat 13 radələrində Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən Lent.az-a bildirilib ki, bədənin müxtəlif nahiyələrinin diaqnozları dəyin olunan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.
2 qadının müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən 1 kişi isə ambulator müalicə üçün evə buraxılıb.
***
14:07
Zaqatalada yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə Muxax kəndi ərazisində qeydə alınıb.
“VAZ 2107” və “Ford” markalı iki minik avtomobili toquşub.
Nəticədə 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirliblər.
Faktla bağlı araşdırma aparılır.