
Metroda Üzeyir Musiqi Günü - FOTOLENT

Bakı Metropolitenində 18 sentyabr – Üzeyir Musiqi Günü qeyd edilib.
Bu barədə Lent.az-a qurumun mətbuat xidmətindən Aməlumat verilib. Bildirilib ki, Bakı metropolitenində Üzeyir Musiqi Gününün xüsusi layihələrlə qeyd edilməsinin artıq 5-ci ili tamam olur. Bu gün də səhər saat 11-dən başlayaraq günorta saatlarına qədər metronun “İçərişəhər”, “Sahil”, “28 May” və “Elmlər Akademiyası” stansiyaları növbə ilə sərnişinləri canlı musiqi sədaları altında qarşılayıblar.
Metropolitenin çoxsaylı sosial layihələrindən biri olan bu tədbirin proqramına milli və klassik musiqi nümunələri və xüsusən də Üzeyir Hacıbəylinin əsərlərindən parçalar daxil edilib.
Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin doğum günü - 18 sentyabr tarixi Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və 1995-ci ildə imzaladığı Fərmanla Azərbaycanda hər il Üzeyir Musiqi Günü kimi təntənə ilə qeyd olunur.
Metro stansiyalarında peşəkar ifaçılar sərnişinlərdə günün ruhuna uyğun ovqat yaradıblar.

Hicranə Əlişqızı
Oxşar yazılar

2 saylı istintaq təcridxanasına baş çəkildi - XƏBƏRDARLIQ ETMƏDƏN
22 yanvar 2021 , 23:16
Direktorun işdən çıxarılma səbəbi açıqlandı
22 yanvar 2021 , 20:39
"Bu, yeni dalğanın əmələ gəlməsinə səbəb olacaq" - Azərbaycanlı alim
22 yanvar 2021 , 19:23
AMEA-nın daha bir institut direktoru işdən çıxarıldı
22 yanvar 2021 , 19:15
Sosial şəbəkələrdə MƏKTƏB SÖHBƏTLƏRİ - İnsanlar nə düşünür?
22 yanvar 2021 , 19:05
Koronavirus statistikası: 280 nəfər yoluxdu, 632 nəfər sağaldı, 11 nəfər öldü
22 yanvar 2021 , 18:31
Yaqub Mahmudov direktor vəzifəsindən çıxarıldı
22 yanvar 2021 , 18:27
Rayonda natəmiz şəraitdə ət məhsulları istehsal edən sex aşkarlandı
22 yanvar 2021 , 18:16