<span style="color:red;">Sel və daşqınlar artacaq  - Nazirlik çıxış yolu göstərir
11 sentyabr 2019 11:35 (UTC +04:00)

Sel və daşqınlar artacaq - Nazirlik çıxış yolu göstərir

Payız gələndə ən böyük problemlərdən biri də çayların daşması olur. Lent.az Goranboyda yağış səbəbilə Gorançayın daşması barədə xəbər vermişdi (https://lent.az/news/325338). Nəticədə çayın sahil ərazilərini su basıb və nəqliyyatın hərəkətinə, xeyli kiçik sahibkarlara ciddi ziyan dəyib. Maraqlıdır, görəsən baş verəcək təbii fəlakətlə bağlı həmin bölgənin sakinlərinə əvvəlcədən məlumat verilirmi? Ümumilikdə sel və daşqınlar ən çox hansı fəsillərdə və ölkənin hansı ərazilərində qeydə alınır?
 
Ekologiya və Milli Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar bürosunun baş hidroloqu Asif Verdiyev məsələ ilə bağlı Lent.az-a danışıb. Baş hidroloq baş verəcək hadisə ilə əlaqədar yerli icra hakimiyyətlərinə məlumat verildiyini bildirib:
 
 
“Azərbaycanda sel və daşqınlar əsasən yaz və payız aylarında baş verir. Dağlarda qarın əriməsi, həmçinin güclü yağıntılar zamanı dağlıq və dağətəyi rayonlarda çayların sululuq səviyyəsi artır. Nəticədə daşqınlar əmələ gəlir. Payız fəslində ən çox Lənkəran-Astara, Böyük Qafqazın ətəklərində daşqınlara daha çox rast gəlinir. Sel fəlakəti isə, yay fəslində əsasən də iyul-avqust aylarında qeydə alınır. Belə ki, uzun müddət yağış yağmadığı üçün çayın hövzəsi quruyur. Qəflətən güclü yağış olduqda sel yaranır. Kiçik Qafqazdan Kür çayına tökülən Gorançayın daşması da güclü yağışla əlaqəlidir. Nazirliyin Hidrometeoroloji Proqnozlar mərkəzi həmin hadisələr barədə əvvəlcədən bölgələrin icra hakimiyyətlərinə məlumat verir”.
 
Maraqlıdır icra hakimiyyəti kiçik sahibkarları çayın daşacağı barədə məlumatlandırıbmı? Təəssüf ki, hadisə baş verən gündən Goranboy rayon İcra Hakimiyyətindən bu sualımıza cavab ala bilmirik.
 
Mehman Nəbiyev
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 980

Oxşar yazılar