Atalarının 4 il meşədə gizlətdiyi üç uşaq  necə sağ qaldı?
17 sentyabr 2026 05:12 (UTC +04:00)

Atalarının 4 il meşədə gizlətdiyi üç uşaq necə sağ qaldı?

0

Yeni Zelandiyada üç uşaq ataları tərəfindən təxminən 4 il ərzində meşədə gizlədilib.

Lent.az xəbər verir ki, uşaqlar 2021-ci ildə ataları Tom Fillips tərəfindən aparıldıqdan sonra uzun müddət ərzində onların harada olduğu müəyyən edilməyib.

Polis illərlə uşaqları axtarsa da, onların izi yalnız 2025-ci ilin sentyabrında tapılıb. Fillips polis əməkdaşlarına atəş açdıqdan sonra öldürülüb, üç uşaq isə sağ vəziyyətdə aşkarlanıb. Onların meşədə sığınacaq kimi istifadə etdikləri ərazidə silahlar da tapılıb.

Hadisə ilə bağlı aparılan araşdırma nəticəsində dövlət qurumlarının uşaqların təhlükəsizliyi ilə bağlı bəzi məlumatları vaxtında və lazımi qaydada qiymətləndirmədiyi müəyyənləşib.

Yeni Zelandiya hökuməti uşaqlardan üzr istəyib və dövlət qurumlarının fəaliyyətində dəyişikliklərin ediləcəyini açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 190

Oxşar yazılar