Şəki və Xızı dağlarında baş verən yanğın söndürülüb - YENİLƏNİB
24 avqust 2019 11:41 (UTC +04:00)

Şəki və Xızı dağlarında baş verən yanğın söndürülüb - YENİLƏNİB

Şəkidə daha bir dağlıq ərazidə baş verən yanğın söndürülüb.
 
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, avqustun 23-də Şəki rayonunun Kosalı kəndi yaxınlığında dağlıq zonada yerləşən meşəətrafı ərazidə kol-kos, quru ot və biçilmiş taxıl sahəsində başlamış yanğın Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən tam söndürülüb.
 
***
 
09:34
 
Şəki və Xızının dağlıq ərazilərində baş verən yanğın söndürülüb.
 
Fövqəladə Hallar Nazirliyindən Lent.aza verilən məlumata görə, Şəki rayonunun Təpəcənnət kəndində dağlıq ərazidə 200 ha sahədə kol-kos və quru ot yanıb. Yaxınlıqdakı meşə massivi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 
Bundan başqa Xızı rayonunun Fındığan kəndində dağlıq ərazidə 60 ha quru ot və kol-kos yanıb. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 709

Oxşar yazılar