
“Qarabağ” yeni mövsümdə ilk ev oyununu keçirəcək
Bu gün futbol üzrə Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok matçını keçirəcək.
APA-nın məlumatına görə, Ağdam təmsilçisi Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda qüvvəsini sınayacaq.
Qurban Qurbanovun yetirmələri Albaniyanın “Partizani” klubu ilə qarşılaşacaqlar. Ötən həftə Tiranada keçirilən qarşılaşmada qolsuz heç-heçə edən təmsilçimiz mərhələ adlamaq üçün mütləq qalib gəlməlidir.
Ardıcıl 5 il qitə kuboklarının qrup mərhələsinə yüksələn “Qarabağ” eyni uğura gedən yolda ilk addımını “Dalğa Arena”da atmalıdır. Yeni mövsümün ilk ev oyununda doğma azarkeşləri önünə çıxacaq ağdamlılar mərhələ adlasa, “Riqa” (Latviya) – “Dandalk” (İrlandiya) cütünün qalibi ilə görüşəcəklər. Əgər çempionumuz bu vəzifənin öhdəsindən gələ bilməsə, mübarizəni Avropa Liqasında davam etdirəcək. Burada isə rəqib Moldova "Şerif"i olacaq.
Qeyd edək ki, “Qarabağ” – “Partizani” görüşü saat 21:00-da başlayacaq.
Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunu
17 iyul
21:00. “Qarabağ” – “Partizani” (Albaniya)
Baş hakim: Dumitri Muntean
Baş hakimin köməkçiləri: Vlad Lifçiu, Andrei Bodean
Dördüncü hakim: Aleksandru Tean (hamısı Moldova)
UEFA nümayəndəsi: Maykl Foster (İngiltərə)
Hakim-inspektor: Uilyam Yang (Şotlandiya)
Bakı. “Dalğa Arena” stadionu
İlk oyun – 0:0
Oxşar yazılar

Yurgen Klopp tarixin ən yaxşı məşqçisinin adını AÇIQLADI
1 iyul 2025 , 19:33
“Liverpul”un hücumçu üçün üç namizədi AÇIQLANDI
1 iyul 2025 , 18:54
İnsanabənzər robotların iştirak etdiyi ilk futbol turniri - VİDEO
1 iyul 2025 , 17:42
Sağalıb, bu axşam oynaya bilər
1 iyul 2025 , 16:28
Xabi Alonso yeni Modriçi tapdı
1 iyul 2025 , 14:39
Premyer Liqada futbolçu satışından ən çox pul qazanan hansı komandadır?
1 iyul 2025 , 12:39
"İnter" “Fluminense”yə məğlub oldu
1 iyul 2025 , 01:31
3 güləşçimiz Avropa çempionatının finalında
30 iyun 2025 , 23:11