Google yeni Pixel 11 seriyasını, Pixel Watch 5 smart saatını və Apple AirTag-a rəqib olacaq Pixel Tag cihazını təqdim edib.
Lent.az xəbər verir ki, bu barədə TechCrunch məlumat yayıb.
Şirkət yeni cihazlarında süni intellekt imkanlarını əsas xüsusiyyətlərdən birinə çevirib. Pixel 11 seriyasında Google-un Gemini süni intellekt sisteminin daha geniş istifadə olunacağı açıqlanıb. Şirkət həmçinin istifadəçilərə əşyalarını tapmağa kömək edən yeni Pixel Tag cihazını təqdim edib.
Google-un yeni məhsulları texnologiya bazarında Apple və Samsung ilə rəqabətin daha da gücləndiyi bir vaxtda nümayiş etdirilib.
g