
"Əlilliyin qiymətləndirilməsi həyata keçirilərkən məmur-vətəndaş təması baş vermir" - NAZİRLİK
“Zaqatala rayonu, Qımır kənd sakini Bəkirov Nəzər Nurullah oğlunun əlillik dərəcəsi ala bilməməsi barədə bəzi saytda dərc olunmuş məlumatla əlaqədar araşdırma aparılıb”.
Bu barədə Lent.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov məlumat verib.
O bildirib ki, araşdırma zamanı müəyyən edilib ki, Nəzər Bəkirovun əlilliyinin qiymətləndirilməsi üçün 07.03.2019 tarixində Zaqatala Rayon Mərkəzi Xəstəxanasından müraciət edilib:
“Lakin əlilliyin qiymətləndirilməsi zamanı əsas sənəd hesab olunan Forma 88-in (göndərişin) natamam doldurulması və xəstənin Tibbi Sosial Ekspert Komissiyasına göndərişində diaqnozu təsdiq edən ixtisas həkim müayinələri və köməkçi diaqnostika müayinələri aparılmaması səbəbindən təyinatdan imtina edilib.
Qarşı tərəfin mövqeyini öyrənmədən məlumat yayan bir neçə saytın bir daha diqqətinə çatdırırıq ki, səhiyyə müəssisəsi tərəfindən vətəndaşın səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə göndəriş rəsmiləşdirilməlidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumu tərəfindən əlilliyin qiymətləndirilməsi həyata keçirilərkən məmur (və ya həkim-ekspert) - vətəndaş təması baş vermir. Qərar verən orqan yalnız səhiyyə müəssisəsi tərəfindən elektron qaydada göndərilmiş sənədə əsasən qərar verir.
Buna baxmayaraq Nəzər Bəkirovun əlilliyinin yenidən qiymətləndirilməsi üçün 16 saylı TSEK-ə müvafiq tapşırıq verilib. Vətəndaşın qardaşı Hikmət Bəkirov komissiyaya dəvət olunaraq ona yenidən müraciət zamanı göndərişin düzgün tərtib edilməsində tövsiyyə xarakterli lazımi köməklik göstəriləcək”.
Oxşar yazılar

II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib-YENİLƏNİB
6 iyul 2025 , 13:33
5 BÜRC bu gün diqqətli olmalıdır: Kimləri təhlükə və münaqişələr gözləyir
6 iyul 2025 , 10:01
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46
İyul ayında qartopu oynadılar: Görünməmiş bir şey yaşadılar -FOTOLENT
5 iyul 2025 , 15:06