Bolqarıstanda erməni cəllada abidə ucaldıldı - CİDDİ ETİRAZLAR
Avropa Azərbaycanlıları Kongresi (AAK) erməni irqçi və hərbi cinayətkar Qaregin Njdeyə Bolqarıstanda abidə ucaldılmasına etirazını bildirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, AAK bununla bağlı Bolqarıstan prezidenti Rumen Radevə, parlamentin spikeri Tsveta Karayançevaya və bas nazir Boyko Borisova məktub ünvanlayıb.
Məktubda deyilir ki, kiril əlifbasının təbliğinə xidmət edən bir parkda Q.Njde kimi çinayətkara abidə qoyulması ümumdünya mədəni irsinin dəyəri sayılan bu əlifbaya və həmin qrafikada yazıb-yaradan şəxslərə böyük hörmətsizlikdir:
"Erməni irqçisi və tseqakron nəzəriyyəsinin banisi olan Q.Njde 1918 - 1922-ci illərdə Zəngəzur mahalında azərbaycanlılara qarsı kütləvi qırğının təskilatçısı olmus, II Dünya müharibəsində faşistlərlə əməkdaşlıq etmiş və "erməni legionu" yaratmışdır. Njde Qafqazda, Krımda və Fransada faşizmə qarşı müqavimət hərəkatının üzvlərini amansızcasına qətlə yetirmiş ve sonradan təqsirli bilinərək həbs edilmisdir".
AAK Bolqarıstan hakimiyyətinin diqqətini Njdenin faşist kimliyinə yönəldərək, bu təşəbbüsün qarsısının alınmasını xahiş edib.
Oxşar yazılar

"Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür" - VÜSALƏ MAHİRQIZI
15 iyul 2025 , 20:48
Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45