APA TV:  Xəzərdə tarixi addım - Azərbaycan və Özbəkistan yeni dəhliz yaradır -VİDEO
24 avqust 2026 15:53 (UTC +04:00)

APA TV: Xəzərdə tarixi addım - Azərbaycan və Özbəkistan yeni dəhliz yaradır -VİDEO

0

Azərbaycan və Özbəkistan arasında nəqliyyat və logistika sahəsində əməkdaşlığın yeni mərhələsi başlayır.

Lent.az APA TV-yə istinadən xəbər verir ki, Daşkənddə keçirilən görüşlər zamanı Xəzər dənizində vahid operatora malik ayrıca Özbəkistan–Azərbaycan dəhlizinin yaradılması məsələsi gündəmə gətirilib.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Orta Dəhlizin inkişafı çərçivəsində Xəzərdə birgə donanmanın istifadəyə verilməsinin sürətləndirilməli olduğunu bildirib.

Qeyd olunub ki, yeni dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yükdaşımaların həcmini artırmaqla yanaşı, tranzit müddətinin azalmasına və logistika imkanlarının genişlənməsinə şərait yaradacaq.

2025-ci ildə Azərbaycanla Özbəkistan arasında tranzit yükdaşımalarının həcmi 1,4 milyon tona çatıb. 2026-cı ilin ilk yarısında isə bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12,2 faiz artaraq 675 min ton təşkil edib.

Yeni layihə Xəzər hövzəsində koordinasiyalı regional nəqliyyat məkanının formalaşmasına xidmət edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 216

Oxşar yazılar