Ana şeri əzbərləməyən  uşağına ütü ilə "dağ basdı"
21 avqust 2026 18:50 (UTC +04:00)

Ana şeri əzbərləməyən uşağına ütü ilə "dağ basdı"

0

Rusiyanın paytaxtı Moskvada yaşayan 38 yaşlı Özbəkistan əsilli qadın 11 yaşlı oğluna mütəmadi zorakılıq göstərməkdə ittiham olunur.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisələr Timiryazevskaya küçəsində yerləşən hostellərdən birində baş verib. İddiaya əsasən, qadın oğlunu “tərbiyə etmək” məqsədilə ən kiçik səhvlərinə görə belə döyüb. Uşağa əllə, ayaqla və müxtəlif məişət əşyaları ilə zərbələr endirildiyi bildirilir.

Son hadisələrdən birində məktəbli şeri vaxtında əzbərləmədiyi üçün qadının mobil telefonun enerji doldurma naqilindən istifadə edərək onun qol və ayaqlarına bir neçə dəfə vurduğu iddia olunur.

İki gün sonra uşaq yenidən şeri əzbərləyə bilməyib. Bu dəfə qadının qızdırılmış ütünü oğlunun sağ ayağının dizdən aşağı hissəsinə toxunduraraq ona termiki yanıq xəsarəti yetirdiyi bildirilir.

Hadisədən qonşular xəbər tutaraq polisə məlumat veriblər.

Qadın barəsində Cinayət Məcəlləsinin yetkinlik yaşına çatmayan şəxsə işgəncə verilməsi və azyaşlının tərbiyəsi üzrə vəzifələrin yerinə yetirilməməsi maddələri ilə cinayət işi başlanıb.

Tanışlarının sözlərinə görə, qadın özəl şirkətlərdə xadimə işləyir və dörd uşaq böyüdür. Onlar əvvəllər qadının aqressiv davranışını müşahidə etmədiklərini, onun şəxsi həyatı və uşaqları barədə danışmağı sevmədiyini bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 74

Oxşar yazılar