![[b]Bu idman yarışlarının iştırakçıları gəlir vergisindən azad edildi[/b]](https://lent.az/storage/news/2019/april/09/big/d7c90149f46d9e1d8e8a53b1cbc35576.jpg)
[b]Bu idman yarışlarının iştırakçıları gəlir vergisindən azad edildi[/b]
Gəlir vergisindən azadolmalar və güzəştlər artırılıb.
ONA-nın məlumatına görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişikliklər Milli Məclisin aprelin 9-da keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Dəyişiklik bu il Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalı və futbol üzrə 2020-ci ildə baş tutacaq Avropa çempionatının oyunları ilə əlaqədardır.
Bununla bağlı Vergi Məcəlləsinə əlavə olunması təklif edilən 102.1.34-cü maddədə bildirilir ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən verilmiş təsdiqedici sənəd əsasında Azərbaycanda keçiriləcək Avropa Liqasının finalı və qitə çempionatının oyunları ilə əlaqədar malların təqdim edilməsi, işlər görülməsi və xidmətlər göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində, qeyri-rezident futbol klublarının, oyunçularının və işçilərinin həmin oyunlarla bağlı əldə etdiyi gəlirləri vergidən azaddır.
Layihədə qeyd edilir ki, qanun 2019-cu il martın 1-dən 2020-ci il avqustun 1-dək qüvvədə olacaq.
Məcəlləyə dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Oxşar yazılar

Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15
Sabah bu rayonun bir hissəsində qaz kəsiləcək
1 iyul 2025 , 15:31
"Kapital Bank"ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
1 iyul 2025 , 12:40