<b>"Azərbaycanda ilk dəfə özünə prodüser dəyən mən olmuşam" - <span style="color:red;">Qalmaqallı Açıqlama</b>
02 aprel 2018 13:26 (UTC +04:00)

"Azərbaycanda ilk dəfə özünə prodüser dəyən mən olmuşam" - Qalmaqallı Açıqlama

Azərbaycanlı prodüser Pərviz Fəqan maraqlı açıqlamalar verib. Lent.az-ın məlumatına görə, “Dostlar” verilişinə qonaq olan prodüser peşəsi barədə danışıb: “Belə bir söz var ki, tarixini bilməyən, gələcəyini qura bilməz. 15 ildir ki, bu işin içindəyəm, çox müğənni ilə dostluq etmirəm. 2-3 müğənni var ki, telefonumun kontaktında onların nömrəsi var. Azərbaycanda 1999-cu ildə ilk dəfə mən dedim ki, prodüserəm. O vaxtlar da bir müğənni var idi, ona sual verdim ki, prodüser nə deməkdi? Bilmədi. Mən gündəmə gəlməyi sevən insan deyiləm. Mənim işim odur ki, çalışdığım müğənni gündəmdən düşməsin. Məsələn, “Ay ürəyim” mahnısı 4 ildir ki, gündəmdədir. Bir də ki, nə mən, nə də çalışdığım müğənnilərə icazə verməmişəm ki, özlərinə “Nömrə 1” desinlər. Nömrə söhbəti olanda tələbəlik illəri yadıma düşür. O vaxt kənddən Bakıya gələn tələbələr soruşurdu ki, filan yerə neçə nömrəli avtobus gedir?  İndi bəzi prodüserlər, müğənnilər deyir ki, “mən 1 nömrəyəm”. Elə şey yoxdu. Bu düzgün bir şey deyil".

 

Qeyd edək ki, P.Fəqan 15 ilə yaxındır ki, müğənni Nazəninlə çalışır və bu günə qədər bir çox müğənnilərin tanınmasında əməyi var.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 620

Oxşar yazılar