<b>Azərin ATV-dəki verilişi əlindən alındı? - <span style="color:red;">"Rəhbərlik istədi" </b>
30 mart 2018 14:56 (UTC +04:00)

Azərin ATV-dəki verilişi əlindən alındı? - "Rəhbərlik istədi"

Aparıcı-aktyor Azər Axşam ATV-də yayımlanan iki verilişindən də uzaqlaşıb.

Lent.az-ın axşam.az-a istinadən verdiyi məlumata görə, onun “Bir axşam” proqramına Cavid Gül, “ATV səhər”ə isə Əkbər Əlizadə və Jalə Həsənli aparıcılıq edir.

A.Axşam əməkdaşımızla söhbətində məsələyə aydınlıq gətirib. O bildirib ki, rəhbərlik belə qərar verib:
 
“ATV səhər”i bir həftə Əkbərlə Jalə, digərində isə mənlə Lalə Azərtaş aparır. Uzun müddətdir biz yoxuq, yəqin gələn həftə olacağıq. “Bir axşam”a gəldikdə isə rəhbərlik belə məsləhət gördü. Həm də artıq bəsdir. Həm mən, həm də tamaşaçı yorulmuşdu. Rəngarəng bir şou istəyirəm, ona görə də oradan getdim. Rəhbərliyin yeni layihəsi var, məni orada görmək istəyirlər. Əyləncəli bir proqramdır.

“Qız atası” serialındakı obrazıma da davam edirəm. Yeni bir serialda görünməyəcəm. Bizdə qayda var ki, bir kanalda gedən serialın aktyoru, başqa telekanalda görünə bilməz”.

A.Axşam yeni filmlərdə çəkilməməsinin səbəbini açıqlayıb:

“Tez-tez film təklifləri alıram, amma bəzi məqamlarda razılaşmırıq. Ona görə də hazırda heç bir filmdə yoxam”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 465

Oxşar yazılar