Türkiyədə sosial şəbəkədə başlanan mübahisə ölümlə nəticələnib.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, iki şəxs sosial mediada dava edib. Daha sonra isə onlar bir-birini görüşə çağırıb.
Şəxslərdən biri motosikletlə gələrək Cihan Ö. və dostu F.Ç.ni güllələyib. F.Ç. hadisə yerində ölüb.
Hücum edən şəxs atəş açdıqdan sonra motosikletinə minərək hadisə yerindən qaçıb.