Dünən axşam saatlarında Abşeron rayonunda 4 avtomobil yanıb. Masazır qəsəbəsində 4 avtomobil yanıb.
Lent.az xəbər verir ki, hadisə Masazır qəsəbəsində, “Yeni Bakı” yaşayış kompleksinin həyətində qeydə alınıb.
Yanğın əvvəlcə binanın həyətindəki maşınlardan birində başlayıb. Sonradan digər avtomobillərə də keçib. Nəticədə, 3 avtomobil tamamilə yanıb, biri isə qismən yanaraq yararsız hala düşüb.
Hadisə yerinə yanğınsöndürənlər gəlib. Araşdırma aparılır.
Daha ətraflı BTV-nin süjetində: