İndoneziyada yağışda çətir altında gedən mühafizəçini ildırım vurub.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, hadisə video müşahidə kamerasına düşüb. Kadrlarda qurbanın bədəninə ildırım düşməsindən sonra qığılcımlar görünür.
Kişi dərhal yerə yıxılıb, həmkarları dərhal ona tərəf qaçıblar.
Onun sağ qaldığı bildirilir.
Daha sonra yerli polis zərərçəkənin 35 yaşında olduğunu, xəstəxanada intensiv müalicədən sonra sağ qaldığını açıqlayıb.