“MTV Azərbaycan”a yeni baş direktor  təyin olunmayıb
05 oktyabr 2026 12:11 (UTC +04:00)

“MTV Azərbaycan”a yeni baş direktor təyin olunmayıb

0

“MTV Azərbaycan” telekanalına yeni icraçı direktor təyin olunması ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil.

Bu barədə Lent.az-a “MTV Azərbaycan”dan məlumat verilib.

Bildirilib ki, bəzi media resurslarında Sevinc Tahirovanın “MTV Azərbaycan” telekanalının icraçı direktoru vəzifəsinə təyin edilməsi barədə yayılan xəbər yanlışdır.

“Sevinc Tahirovanın telekanalın icraçı direktoru vəzifəsinə təyin olunması ilə bağlı məlumat həqiqəti əks etdirmir”, – telekanaldan bildirilib.

Qeyd edək ki, bu gün bir sıra yerli media orqanları Sevinc Tahirovanın müvafiq əmrlə “MTV Azərbaycan”ın icraçı direktoru təyin edildiyi barədə məlumat yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 214

Oxşar yazılar