Bakıda taksi sürücünü döydülər -  HADİSƏ ANI
12 sentyabr 2022 19:30 (UTC +04:00)

Bakıda taksi sürücünü döydülər - HADİSƏ ANI

Bakıda naməlum şəxslər taksi sürücüsünü döyüblər.

Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Hadisənin Qaradağ rayonu, Lökbatan dairəsində baş verdiyi bildirilir.

Görüntülərdə naməlum iki nəfər hərəkətdə olan "Azsamand" markalı taksi avtomobilinin qapısını açaraq içəri daxil olur. Sonra onlar sürücünü döyməyə başlayırlar.

Hadisə anı arxadan gələn nəqliyyat vasitəsinin videoqeydiyyat cihazına yazılıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a hadisədən məlumatlı olduqları bildirilib. Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır. Əlavə məlumat veriləcək.

Bakıda taksiyə hücum edib sürücünü döydülər

# 3777
avatar

Mehman Nəbiyev

Oxşar yazılar