Bu ölkədə 400-dən çox uşağa  Haalandın adı verildi... Dünya çempionatı zamanı
11 iyul 2026 13:03 (UTC +04:00)

Bu ölkədə 400-dən çox uşağa Haalandın adı verildi... Dünya çempionatı zamanı

0

Peruda Dünya çempionatı zamanı 468 yeni doğulmuş uşağa Norveç millisinin hücumçu Erlinq Haalandın adı verilib.

Lent.az xarici mediaya istinadən bildirir ki, Peru qeydiyyat idarəsinin məlumatına görə, turnirin ilk günlərində Haalandın adı verilən bəzi yeni doğulmuş uşağa qeydiyyatdan keçib. Norveç 2026-cı il Dünya çempionatının dörddəbir finalına yüksəldikdən sonra onların sayı kəskin şəkildə artıb.

"Böyük futbol ulduzları peruluları uşaqlarına yaddaqalan və məşhur adlar verməyə ruhlandırır", - Peru qeydiyyat idarəsinin nümayəndəsi İvan Torres bildirib.

Haaland Dünya çempionatında dörd oyun keçirib və yeddi qol vurub. Norveç dörddəbir finala yüksəlib və burada İngiltərə ilə qarşılaşacaq.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 182

Oxşar yazılar